İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunda komandirlər narkotik alverində suçlanır- iddiaçılar təqib olunur

Rusiya Daxili İşlər Nazirliyi, komandirliyi narkotik alverində ittiham etdikdən sonra həlak olan rusiyalı hərbçi Sergey Qritsayın (“Ernest”) sevgilisi Kristina Danilovanı axtarışa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumatı “Mediazona” nazirliyin bazasında yerləşdirilmiş kartotekaya istinadən yayıb. Danilovanın hansı maddə üzrə axtarıldığı isə açıqlanmayıb.

2024-cü il 13 sentyabrda Ukraynaya qarşı müharibədə Sergey Qritsay və Dmitri Lysakovskinin (“Gudvin”) öldüyü məlum olub. Ölümündən əvvəl onlar müraciət yayımlayaraq, digər məsələlərlə yanaşı, öz komandirlərini narkotik alverində ittiham ediblər.

İyulun sonunda Lysakovskinin dul qadını Yevgeniya Yarenkeviç də axtarışa verilib.Yarenkeviç və Danilova Rusiya ordusunda xidmət ediblər. 2024-cü ilin oktyabrında onlar bildiriblər ki, “hissəni özbaşına tərk etdiklərinə” görə barələrində axtarış elan olunub. Yarenkeviç yazırdı ki, o və Danilova cəbhədə “sıfırlanmaqdan” xilas olmaq üçün Moskvaya qaçıblar və dərhal İstintaq Komitəsi ilə Müdafiə Nazirliyinə müraciət ediblər. Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR