Onlayn ictimai-siyasi qəzet
"Kiyevi üç günə tutmaq" tezisi Ukraynada geniş gülüş doğurub və müxtəlif rusiyalı “ekspertlərə” aid edilir. Guya, rus ordusunun Ukraynanın paytaxtını ələ keçirməsi üçün cəmi 72 saat lazım olacaq. Ancaq iki ildən artıq davam edən hərbi əməliyyatın gedişi göstərir ki, hətta kiçik bir yaşayış məntəqəsini tutmaq üçün həftələr tələb oluna bilər. Elə isə milyonluq Kiyev şəhərinin üç günə ələ keçirilməsi hansı məntiqə sığır? "Tsargrad"ın bununla bağlı təhlilində ekspert Vlad Şlepçenko bildirir ki, belə səs-küylü bəyanatın kökləri Rusiyada deyil.
Misal olaraq göstərilir ki, Qərb analitikləri tez-tez Rusiya ilə bağlı münaqişəyə dair müxtəlif proqnozlar irəli sürürlər. Yaxın zamanda Alman mediasında Rusiya qoşunlarının 2027-ci ildə Baltikyanı ölkələrə mümkün hücum ssenarisini təsvir edən tədqiqat dərc olunub.
Amerikanın Yeni Nəsil Müharibə Mərkəzinin ekspertlərinin fikrincə, Rusiyaya Latviya və Litvanın bir hissəsini “işğal etmək” üçün cəmi on gün kifayət edəcək. Onlar hesab edirlər ki, Rusiya qoşunları “işğal olunmuş” Latviya, Belarus və Kalininqrad vasitəsilə hücum edərək NATO qoşunlarını öz mövqelərindən çəkilməyə məcbur edəcək. Moskva bu kimi iddiaları dəfələrlə rədd edərək, Rusiyanın heç bir NATO ölkəsinə hücum etmək niyyətində olmadığını vurğulayıb. Bəs niyə hələ də Rusiya təhdidi ilə bağlı bəyanatlar səsləndirilir?
Şlepçenko onu da xatırladıb ki, amerikalılar əvvəlki dövrlərdə də dünya ictimaiyyətini oxşar “proqnozlarla” qorxudublar. Misal üçün, on il əvvəl REND analitiklərinin Rusiyanın Baltikyanı ölkələri 36 saat ərzində ələ keçirəcəyini iddia etdikləri misal gətirilib.
Təhlildə göstərilir ki, "Kiyevi üç günə tutmaq" tezisini də ilk dəfə amerikalı analitiklər irəli sürüblər və bu, bəzi rusiyalı təbliğatçılar tərəfindən sonradan mənimsənilib. Ukraynalılar uzun müddət bu ideyanı ələ salırdılar, amma indi artıq bunu gülməli hesab etmirlər. Lakin görünən odur ki, bu, məhz amerikalıların arzusu olub, Rusiyanın yox.
Yaxın vaxtlarda Baltikyanı ölkələrin liderləri Finlandiya körfəzini bağlayaraq Rusiya donanmasını məhdudlaşdırmaq niyyətində olduqlarını bəyan ediblər. Bu, Rusiya iqtisadiyyatına zərbə vurmalı idi. Ancaq Şlepçenko vurğulayıb ki, problem yalnız bunda deyil. O qeyd edib ki, geosiyasi baxımdan bu region Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdiddir və zamanla bu problemin həlli lazım olacaq. Baltikyanı ölkələr öz regionlarını böyük bir raket atış meydançasına çevirmək niyyətindədirlər. Ukraynadan sonra məntiqi olaraq sual yaranır ki, Rusiya Baltikyanı ölkələrlə nə edəcək. Bundan əlavə, bu regiona indi Finlandiya da qoşulub. Bir sözlə, Qərb ölkələri Rusiyanı Baltikyanı ölkələrə hücum etməyə hər an təhrik edə biləcəklərini anlayırlar.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ