İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus generaldan şok: 9 dəqiqəyə “Əlvida, London…” – Kamran Həsənli danışır

Britaniya hakimiyyətinin ritorikası Rusiyanı müəyyən tədbirlər planı haqqında düşünməyə məcbur edir. Bu fikirlərlə “Rossiya 1” telekanalının efirində rusiyalı general, Rusiya müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov çıxış edib.

“Onlar yəqin ki, Belarusiyadakı “Xəncər” raketləri barədə məlumatları unudublar. Minsk aerodromu yaxınlığından buraxılan bu raket Londonun mərkəzinə 9 dəqiqəyə çatır. Ən azından bunu unutmayın. Bu raket 2000 km məsafədə hədəfləri dəqiq vurmaq gücündədir. Raketin sürəti səs sürətinidən 12 dəfə çoxdur. 9 dəqiqə və “Salam, London”, daha doğrusu “Əlvida, London”, - deyə o qeyd edib.

Bu və gündəmdəki digər xəbərlər bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR