İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus casus həyat yoldaşı ilə birgə Livanda saxlanıldı

Rusiya vətəndaşı Livanın paytaxtı Beyrutun hava limanında İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.

Onunla birlikdə həyat yoldaşı da saxlanılıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxs Livanın cənub ətrafına baş çəkib. Dindirilmə zamanı o, guya İsrail tərəfindən bu yaxınlarda işə götürüldüyünü və Livana getmək üçün tapşırıq verildiyini etiraf edib. İddialara görə, İsrail tərəfi rusiyalıdan radikal Hizbullah qruplaşmasının obyektlərinə baş çəkməyi və mümkünsə, onların fotoşəkillərini çəkməyi xahiş edib.

Saxlanılanların adları və digər təfərrüat açıqlanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR