Onlayn ictimai-siyasi qəzet
Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda rusdilli məktəblərin bağlanması çağırışı edilir.
Ümumiyyətlə, zaman-zaman məktəblərdə rus bölməsinin bağlanması ilə bağlı məsələ gündəmə gələndə cəmiyyət sanki iki hissəyə bölünür. Bir qisim deyir ki, bu ana dilinə sayğısızlıqdır, ölkədə manqurdlaşma gedir. Digər bir qisim isə onları qınayır, övladlarının gələcəyi naminə rus bölmələrinin bağlanmasına qarşı çıxır.
Yaxınlarda kinorejisser Ayaz Salayevin "rus bölməsini bitirənlər daha savadlıdır" açıqlaması isə bu polemikanı daha da alovlandırıb, hətta mübahisələrə səbəb olub. Bəs reallıq necədir? Rus dili bizim üçün nə dərəcədə əhəmiyyətlidir?
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "TV Müsavat"ın qonağı olub, bu və digər mühüm məqamlara aydınlıq gətirib.
Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ