İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyada təyyarə qəzasında həlak olanların xatirəsi anıldı

Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizin ərazisində matəm elan edilməsi ilə bağlı 26 dekabr günü ərzində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin önündəki dövlət bayrağının dəstəyinə qara lent bərkidilmiş və dövlət bayrağı dirəyinin yarısına qədər endirilib.

Bu barədə Musavat.com-a Rumıniya səfirliyindən bildirilib.

Məlumatda bildirilir ki, həmin gün Rumıniyada uzunmüddətli yaşayan və təhsil alan azərbaycanlılar, habelə ölkəmizə rəğbət bəsləyən Rumıniya vətəndaşlarından ibarət bir qrup səfirliyi ziyarət ediblər, qəza qurbanlarına həsr edilmiş rəmzi güşəyə çiçək düzüblər, həlak olanların xatirəsinə hörmət və ehtiramlarını izhar ediblər.

Rumıniyanın Prezidenti Klaus Yohannis tərəfindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə baş sağlığı məktubu ünvanlanıb.

Rumıniyanın hökumətinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində Rumıniyanın Baş naziri İon-Marçel Çolaku Azərbaycan dövlətinə və xalqına başsağlığı ifadə edib.

 (https://x.com/GuvernulRo/status/1872626149907681734?t=mA-qRRkDYlLTDFXSjCGZXg&s=08)

Bundan başqa dekabrın 27-də Baş nazirin müşaviri Rızvan Pırkalıbesku səfirliyə gələrək başsağlığı kitabında qeyd aparıb.

Həmçinin, 25 dekabr tarixində hadisə barədə məlumat açıqlanandan qısa müddət sonra Rumıniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində hadisə ilə əlaqədar başsağlığı verilib.

Səfirlikdə açılan başsağlığı kitabında Rumıniyada akreditə olunmuş səfirliklər tərəfindən elektron poçt vasitəsilə başsağlığı məktubları göndərilib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR