İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya hava məkanını pozan dronlara müharibə elan etdi – Parlamentdən sərt qanun!  

Rumıniyanın parlamentinin yuxarı palatası ölkənin hava sərhədlərini qanunsuz şəkildə pozan pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi, zərərsizləşdirilməsi və ya nəzarət altına alınmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

Musavat.com xəbər verir ki, yeni qanuna əsasən dövlət sərhədini icazəsiz keçən və Rumıniyanın milli hava məkanında uçuş həyata keçirən hər hansı dron Rumıniya hərbi qüvvələrinin hədəfinə çevriləcək.

Bu qərar ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub və xarici təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulub. Qanun layihəsində açıq şəkildə bildirilir ki, icazəsiz uçuş həyata keçirən pilotsuz uçuş aparatları anında “məhv edilə, zərərsizləşdirilə və ya tam nəzarət altına alına” bilər.

Analitiklərin fikrincə, bu addım bölgədə artan gərginlik və hava məkanının pozulması hallarının çoxalması ilə əlaqəlidir. Rumıniya rəhbərliyi sərhədlərini və hava məkanını qorumaqda qətiyyətini nümayiş etdirərək, hər hansı qanunsuz fəaliyyətə qarşı sərt tədbirlər görəcəyini açıq şəkildə bəyan edib.

Qeyd edək ki, bu qərar beynəlxalq aləmdə də böyük rezonans doğurub. Müşahidəçilər Rumıniyanın bu addımını ölkənin təhlükəsizliyinə qarşı olan istənilən təhdidə qarşı önləyici tədbir kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR