Onlayn ictimai-siyasi qəzet
Müğənni Rüfət Axundova qarşı dələduzluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Rüfət 5 il əvvəl tikinti ilə məşğul olan bir şəxsin ondan böyük məbləğdə pul aldığını və hələ də qaytarmadığını bildirib:
"Hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır. Yəqin ki, tezliklə öz həllini tapar. Ev tikintisi ilə bağlıdır. 2018-ci ildən bəri bu məsələ davam edir. Çox adam həmin şəxsi tanıyır, ölkədədir. Məbləğ böyükdür, qədərini isə açıqlamaq istəmirəm. İnanıram ki, polis əməkdaşları bu məsələyə çarə tapacaqlar".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ