Onlayn ictimai-siyasi qəzet
Rubio Vensi prezidentliyə “əla namizəd” hesab edir, amma öz iddiasını da gizlətmir
ABŞ-ın hazırkı vitse-prezidenti J.D.Vens 2028-ci il seçkilərində dövlət başçısı postuna namizəd ola bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə deyib: "Düşünürəm ki, J.D. əla namizəd olardı".
Rubiodan özünün 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub: "Gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Heç nə istisna deyil”. O, əlavə edib ki, hazırda bütün diqqətini Dövlət Departamentindəki işinə cəmləyib: "Prezident mənə icazə verdiyi müddətcə bu işi görmək istəyirəm. Düşünürəm ki, əgər Tramp prezident olduğu müddətdə bu işdə olsam və biz son altı ayda olduğu kimi işləməyə davam etsək, ölkəmə yaxşı xidmət etdiyimi deyə bilərəm və bu, karyeramın zirvəsi olsa, məmnun olaram".
Daha əvvəl Semafor məlumat vermişdi ki, Vens və Rubio 2028-ci il seçkilərində Respublikaçılardan prezidentliyə və vitse-prezidentliyə namizəd olmaq üçün ən çox ehtimal olunan namizədlər hesab olunur. Eyni zamanda nəşrin yazdığına görə, təkcə Dövlət Departamentinə rəhbərlik deyil, həm də ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi kimi xidmət edən Rubionun ABŞ prezidenti olmaq ambisiyaları var.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ