İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyan aclıq aksiyasını dayandırdı – “şou”nun sonu nə oldu?

Terrorizmin maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda həbsdə olan Ruben Vardanyan elan etdiyi aclıq aksiyasını dayandırıb.

Musavat.com xəbər verir ki, erməni sosial media istifadəçilərinin qeyd etdiyinə görə, Vardanyanın “aclıq aksiyası” onun xarici görünüşünə müsbət təsir edib – o, artıq çəkidən qurtulub, daha arıq və sağlam görsənir.

Xatırladaq ki, separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan Qarabağda separatizmi maliyyələşdirmək və Azərbaycana qarşı qanunsuz fəaliyyətlərdə iştirak etməkdə ittiham olunur. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda istintaq altındadır.

Vardanyanın keçirdiyi “aclıq aksiyası” erməni dairələrində təbliğat məqsədilə istifadə edilsə də, nəticə etibarilə bu cəhd uğursuz oldu və şounun finalı gözlənildiyi kimi başa çatdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR