Onlayn ictimai-siyasi qəzet
"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçuların siyahısına salınıb.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.
İstintaq müəyyən edib ki, o, öz "Facebook" səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib. (Axşam.az )
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ