İnsanlara hürriyət, millətlərə istiqlal!

Roqozinə təzə vəzifə tapdılar

“Roskosmos” dövlət korporasiyasının keçmiş baş direktoru, hərbi məsləhətçilər qrupunun “Çar canavarları” elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin yeni rəsmi vəzifə ala bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” saytı Kremlə yaxın üç mənbəyə istinadən məlumat yayıb. Saytın həmsöhbətlərindən birinin dediyinə görə, siyasətçi uzun müddət “yeni bölgələrdə işləmək arzusunu nümayiş etdirirmiş.
Yeni gələn xəbərə görə, Roqozin Ukraynanın Zaporojye vilayətindən (ruslar buranı artıq öznününkü hesab edirlər-red.) “senator” vəzifəsinə “təyin oluna” bilər.

Qeyd edək ki, 2022-ci il iyulun 15-də Rusiya prezidenti Vladimir Putin Dmitri Roqozini “Roskosmos”un baş direktoru vəzifəsindən azad edib.

Dövlət korporasiyasının yeni rəhbəri bundan əvvəl Rusiya hökumətində müdafiə-sənaye kompleksinə cavabdeh olan, baş nazirin müavini vəzifəsini tutmuş Yuri Borisov olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR