İnsanlara hürriyət, millətlərə istiqlal!

Roqozin yaralanandan sonra çıxarılmış qəlpələri Fransa səfirinə göndərdi

 

Rusiya hökuməti sədrinin keçmiş müavini və “Roskosmos” korporasiyasının keçmiş rəhbəri, şovinist baxışları ilə tanınan Dmitri Roqozin yaralandıqdan sonra bədənindən çıxan qəlpə parçalarını Fransanın Moskvadakı səfiri Pyerə göndərib.

Musavat.com xəbər verir ki, Roqozin həmin parçaları Fransa prezidenti Emmanuel Makrona təhvil verilməsini istəyib. “Həmçinin ona deyin ki, heç kim Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və digər NATO ölkələri Donbasdakı hərbi cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək”, - deyə Roqozin bəyanatında bildirib.

Roqozinin sözlərinə görə, cərrahlar onun bədənindən Fransa istehsalı 155 mm-lik “Sezar” tipli özüyeriyən artilleriya qurğusu tərəfindən atılan mərmidən bir parça çıxarıblar. Mərminin mənsubiyyətinin dəqiq necə təyin olunduğu açıqlanmır.

Roqozin səfirə Baykonur kosmodromuna birgə səfərlərini də xatırladıb və Parisi “Vaşinqtonun diktəsinə tabe olmaqda” suçlayıb.

Fransa tərəfi Roskosmosun keçmiş rəhbərinin mesajını hələ ki, şərh etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR