İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu 40 yaşından sonra vurduğu ilk qola münasibət bildirdi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunda “Əl-Fayha” üzərində qazanılan qələbəyə (3:0) qolla töhfə verib.

Ulduz futbolçu 40 yaşa qədəm qoyandan sonra ilk dəfə fərqlənib.

O, matçın ardında sosial şəbəkə hesablarında paylaşım edib: “Qələbə və 40 yaşdan sonra ilk qol”.

Xatırladaq ki, Ronaldu cari mövsüm bütün turnirlərdə 26 matça çıxaraq 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Kriştianunun 40 yaşı fevralın 5-də tamam olub.  (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR