İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun dünya şöhrətli restoranı BAĞLANDI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldunun dünya şöhrətli restoranı bağlanıb.

Goal.com xəbər verir ki, 40 yaşlı futbolçu İspaniyanın paytaxtı Madriddə yerləşən "Toto" restoranının açılışını 2022-ci ildə məşhur tennisçi Rafael Nadalla birgə etmişdi.

İaşə obyekti adıçəkilən idmançılarla yanaşı, ispaniyalı basketbol ulduzları Rudi Fernandes və Pau Qasolun də səhmlərinə sahib olduğu Tatel Group şirkətinə daxil idi.

Madridin mərkəzində yerləşən restoranda İtaliya mətbəxinin təamlarını dadmaq mümkün idi. Burada xüsusilə karbonara pastası sevilirdi. Vera Carbonara de Tato adlı təam eksklüziv reseptlə hazırlanırdı və turistlər arasında çox populyar idi.

"Toto"nun 3 ildən sonra gözlənilmədən bağlanmasının səbəbləri açıqlanmır. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində yerləşən eyniadlı restoranlar fəaliyyətlərini davam etdirirlər.//Offsideplus.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR