İnsanlara hürriyət, millətlərə istiqlal!

Romada Zelenski ilə görüş Trampın təkidi ilə baş tutub - Müşavir

Roma Papasının dəfn mərasimi zamanı Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüş Trampın təkidi ilə baş tutub.

Musavat.com The Telegraph-a istinadən xəbər verir ki, məlumatı Trampın milli təhlükəsizlik müşaviri Maykl Uolts “Fox News” telekanalına açıqlayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti sülh danışıqlarını irəli aparmaq üçün Vatikanda şəxsən Zelenski ilə görüşmək əzmində olub: "O, Zelenski ilə üz-üzə danışmaq və Avropadakı ən böyük quru müharibəsini necə bitirəcəyimizi müzakirə etməkdə qərarlı idi".

Müşavir vurğulayıb ki, Tramp bu müharibəni bitirmək və hər iki tərəflə danışmaq üçün diplomatiyadan istifadə etməkdə qərarlıdır: "Digər dünya liderləri ilə orada dayanmaq və prezident Trampın rəhbərliyini izləmək həqiqətən xüsusi idi".
O, həmçinin qeyd edib ki, 100 gün əvvəl ABŞ-ın keçmiş prezidenti Co Bayden müharibənin sonunu görməyib, amma Tramp qərarlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR