İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma papasından Stalin mesajı – Rusiya ilə müqayisə etdi

Roma Papası Frensisk 1930-cu illərin əvvəllərində keçmiş SSRİ-nin lideri İosif Stalinin Ukraynada süni şəkildə yaratdığı aclığın (Qolodomor) qurbanları üçün dua etməyə və onları xatırlamağa çağırıb.

Musavat.com CNN türk-ə istinadən xəbər verir ki, katoliklərin lideri Rusiyanın Ukraynaya təcvüzkar müharibəsini Qolodomor zamanı baş verən soyqırımı ilə müqayisə edib.

“Gəlin, bu soyqırımı qurbanları və bu gün təcavüzün ağrılarından əziyyət çəkən bütün ukraynalılar - uşaqlar, qadınlar, yaşlılar və körpələr üçün dua edək”, - Frensisk bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR