İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma məhkəməsi baş nazir Melonini haqsız çıxardı

Qeyri-qanuni miqrantlara görə İtaliyada böyük qalmaqal yaşanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda Roma məhkəməsi ölkənin baş nazir Corciya Meloninin böyük ümidlər bəslədiyi mühüm təşəbbüsünü əngəlləyib.

Məhkəmə İtaliyaya qeyri-qanuni yolla gələn miqrantların Albaniyada yerləşən miqrasiya mərkəzlərinə göndərilə bilməyəcəyinə dair qərar verib. Roma məhkəməsi Meloninin bu ölkəyə göndərdiyi Misir və Banqladeşdən olan yeddi mühacirin İtaliya ərazisinə qaytarılması barədə hökm çıxarıb. Bu, artıq İtaliya baş nazirinin bu cür işlərdə ikinci məhkəmə məğlubiyyətidir.

Oktyabrın 18-də Roma məhkəməsi Meloninin səyləri sayəsində bağlanmış İtaliya-Albaniya müqaviləsinə uyğun olaraq Apennin yarımadasının hüdudlarından kənarda sığınacaq istəmələri ilə bağlı qərarı gözləməli olan 12 qeyri-qanuni immiqrantın İtaliyaya qaytarılmasına dair qərar verib.

Bildirilir ki, baş nazir təslim olmayacağına söz verib və öz təşəbbüsünü bütün mümkün məhkəmə instansiyalarından keçirmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR