Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd əvvəlcədən planlaşdırılıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Slovakiya baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak Dövlət Təhlükəsizlik Şurasının və respublika hökumətinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O, sui-qəsdin təsadüfi olmadığını bildirib.
Nazir qeyd edib ki, atəş açan şəxs əvvəllər Dolna-Kupada keçirilən aksiyada iştirak edib.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ