İnsanlara hürriyət, millətlərə istiqlal!

Revmatoloq: Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnoz qoyulması vacib şərtdir

“Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir. Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb. Sanator-kurort müalicə bu etapların içərisində özünəməxsus yer tutur və onun tətbiqi vacibdir. Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyasi ilə nəticələnməsi baxımından, vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova deyib.

O qeyd edib ki, xəstəliyin müalicəsində sanator-kurort müalicəsi və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir: “Çünki dünya əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir. Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişini, müxtəlif aktivlik dərəcəsini, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi diferensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicədən ultrasəs müalicəsi, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan Naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Ancaq bu göstərilən faktorlardan hidrogen sulfidli vannalarla müalicə öz effektliyinə görə xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə parogenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadasında, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir.

Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır”.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Gülnarə Həsənova: “Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR