İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Qukasyan: Ermənistan üçün Avrasiya təhlükəsizlik sistemi daha vacibdir

Müasir dünya təhlükəsizlik böhranı yaşayır. Suriyada baş verən son hadisələr buna ən böyük örnəkdir.

Qlobal rəqabətin artması, Qərblə Şərq arasında yenidən qarşıdurma, həll olunmamış ərazi münaqişələri, hibrid təhdidlər və miqrasiya böhranları mürəkkəb və təhlükəli mühit yaradır. Bu vəziyyətdə yeni Avrasiya təhlükəsizlik sisteminin yaradılması zərurəti özünü büruzə verir və Rusiya regionda əsas geosiyasi oyunçu kimi onun formalaşmasına təşəbbüs göstərə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Sosial Ədalət Uğrunda” Partiyasının sədri, qatil rusiyapərəst revanşist siyasətçi Arman Qukasyan İrəvanda “Avrasiya təhlükəsizliyinin formalaşması: Ermənistandan baxış” mövzusunda keçirilən dəyirmi masada deyib.

Qukasyanın iddiasına görə, böyük hərbi, diplomatik və iqtisadi potensiala malik olan Rusiyanın regional təhlükəsizliyə yeni yanaşmanın lideri kimi çıxış etmək üçün bütün imkanları var.

Onun fikrincə, Avrasiya təhlükəsizlik sistemi İrəvan üçün ərazi bütövlüyünün daha etibarlı təminatı mənbəyinə çevrilə bilər.

Qukasyana görə, Rusiya üçün bu, Avrasiya məkanında aparıcı güc kimi mövqeyini möhkəmləndirmək şansıdır. Ermənistan üçün isə bu, öz təhlükəsizliyini təmin etmək, regional əlaqələri gücləndirmək və yeni iqtisadi və diplomatik proseslərə inteqrasiya etmək imkanıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR