İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev CANLIda - prezident seçkilərinə və bizə qarşı HÜCUMLARA okeanın o tayından BAXIŞ

Ölkə prezident seçkiləri ərəfəsindədir. Prezidentliyə namizədlər bölgələrdə görüşlər keçirir, debatlarda bir araya gəlirlər. Ölkədə isə seçkidən daha çox sosial problemlər, onların həlli istiqamətində gözləntilər var. Eyni zamanda sülh müqaviləsi, dünyanın ayrı-ayrı ocaqlarında davam edən müharibələr və onların mümkün nəticələri müzakirə olunur.

Eyni zamanda AŞPA-da Azərbaycanla bağlı çıxarılan qərar və ölkəmizin bundan sonra atacağı addımlar da müzakirə mövzusudur. AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da, Bakının mövqeyi fərqlidir.

Məlumata görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.

TV Müsavatın “Canlı debat” verilişində eks spiker, hazırda Amerikada yaşayan Rəsul Quliyevlə gündəmi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR