Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) oktyabrın 20-dən noyabrın 20-dək Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində orta məktəblərdə maarifləndirmə aksiyaları keçirib.
Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Aksiyalar Mərkəzin regional laboratoriyasının dəstəyi ilə ölkə ərazisindəki orta və texniki peşə məktəblərində, məktəb-liseylərdə, kolleclərdə, gimnaziyalarda təşkil olunub.
Bakıda, Ağdaşda, Salyanda, Xızıda “Sağlam gənclik – sağlam gələcək” adı ilə keçirilən tədbirlərdə 2000-dək X-XI sinif şagirdləri sağlam həyat tərzi barədə məlumatlandırılıb.
Tədbirlərdə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı mühazirələr oxunub, xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Onlara virus və xəstəliyə aid məlumatları özündə əks etdirən çap materialları (vərəqlər, broşurlar, bukletlər, kitabçalar) paylanıb.
Bununla yanaşı RQMM Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2023”-ə də start verib. Bu məqsədlə Bakıda və bölgələrdəki təhsil ocaqlarında, xəstəxanalarda, sağlamlıq mərkəzlərində, ticarət obyektlərində, istehsal müəssisələrində maarifləndirmə və müayinə tədbirləri davam etdirilir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ