Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqı Şurasının rəhbəri Mişelin vasitəçiliyi ilə çoxsaylı mühüm görüşlər keçirilir. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri ilə bir sıra görüşlər baş tutub. Moskvada və başqa yerlərdə də müxtəlif səviyyələrdə görüşlər keçirilir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən belçikalı həmkarı ilə görüşdən sonra təşkil edilən brifinqdə səslənib.
“Bizim üçün vacibdir ki, bütün yerlərdə, onlar arasında fərq qoyulmadan, əldə olunmuş razılaşmalar həyata keçirilsin. Bir neçə dəfə görüşlərdə necə razılığın əldə olunduğunun şahidi olduq, amma yerlərdə bu razılaşmanın icrasını görmədik”, - deyə, Mirzoyan avropalı nazirə şikayət də edib.
Mirzoyan belçikalı nazirin yanında Azərbaycan əleyhinə ifadələr işlədib:
“Məsələn, qapalı iclaslarda belə sözlər eşitdiyimiz halda, biz hələ də Azərbaycan rəhbərliyinin Ermənistanın ərazi bütövlüyünün tanınması ilə bağlı açıq bəyanatlarını eşitməmişik. Bu bizi narahat edir və Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olduğunu göstərə bilər”.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ