Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Zirə" matçından sonra (1:0) qonaqların baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
O, qarşılaşmanın keçirildiyi "Neftçi Arena"nın dəhlizindən görüntülər paylaşıb. Sadıqov xüsusilə bu klubla çempionluq sevinci yaşadığı 2004 və 2005-ci illəri və divarda əks olunan fotosunu qeydə alıb.
Qeyd edək ki, Rəşad Sadıqov 3 dönəm (2001-2002, 2003-2005 və 2006-2008) "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la 2 dəfə çempion olub və 2 ölkə kubokunu qazanıb. Son dönəmdə isə Zaur Tağızdə ilə birlikdə "Neftçi"nin kapitanı olub.
Futbolçu karyerasının sonlarında "Neftçi"dən baş məşqçi olmaqla bağlı təklif alsa da, qəbul etməyib. (Publika.az)
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ