İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyevlə ABŞ-nin Ticarət katibinin köməkçisi arasında VACİB GÖRÜŞ

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlıq müzakirə edilib. Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi haqqında danışılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR