İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqiblərin təqibi - Bealrusda məhkəmə Tixanovskaya və komandasının işinə baxacaq

Belarus müxalifətinin lideri, prezident Aleksandr Lukaşenkonun son seçkilərdəki rəqibi Svetlana Tixanovskaya və digər müxalifətçilərə qarşı cinayət işinə yanvarın 17-də baxılacaq.

Musavat.com RİA Novostiyə istinadla xəbər verir ki, iclasın tarixini ölkənin Ali Məhkəməsi açıqlayıb.

Məhkəmə Svetlana Tixanovskaya, Pavel Latuşko, Mariya Moroz, Olqa Kovalkova və Sergey Dilevskiyə qarşı işə baxacaq. Hazırda müxalifətçilər ölkədən kənardadırlar.

Təqsirləndirilən şəxslər digər maddələrlə yanaşı, dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə, ekstremist qrup yaratmaqda, sanksiyalara açıq çağırışlarda, sosial nifrət və nifaq salmaqda ittiham olunurlar. Xüsusilə, Tixanovskaya dövlətə xəyanətdə və iğtişaşlarda iştirak etməyə hazırlaşmaqda ittiham olunur.

Belarus Baş Prokurorluğu 2022-ci ilin martında Svetlana Tixanovskayaya qarşı cinayət işi açıb. O, Respublika Cinayət Məcəlləsinin 361-ci maddəsinin 3-cü hissəsi ilə başlanılıb. Baş Prokurorluq bildirib ki, Tixanovskaya terror aktı və təxribat törətməyə açıq çağırışlarda şübhəli bilinir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR