Onlayn ictimai-siyasi qəzet
Hər kəsin saqqızına görə yox, içindəki “Sevgi odur ki...” sözləri ilə başlayan maraqlı komiksə görə aldığı məşhur “Love is...” saqqızları.
Bu saqqızlar 90-cı illərin əvvəllərində postsovet məkanında çox məşhur oldu. “Love is...” kəlməsinin də, həmin yumoristik şəkillərin də tarixini bilən isə azdır.
Hekayǝ 60-cı illərin sonunda başlayır. Doğulduğu Yeni Zelandiyanı tərk edib dünya səyahətinə çıxan və Kaliforniyada məskunlaşan Kim Qrouv adlı xanım Roberto Kasali adlı italyana vurulur. Onlar arasında böyük məhəbbət yaranır və Kim öz sevgisini Robertoya bildirmək üçün salfetlərə çılpaq, məzəli balaca oğlan və qız rəsmləri çəkərək altında “Love is...”, yəni “Sevgi odur ki...” ifadəsi ilə başlayan cümlələr yazır.
Kim salfetdəki qeydləri elə yerlərdə gizlədir ki, Roberto onları həmin yerdə tapanda təəccüblənsin. Bu qeydlər Robertonun cibindən də çıxa bilərdi, yastığının altından da. O, sevgilisinin bu kiçik hədiyyələrini heç vaxt atmır, saxlayır və nəticədə dostları ilə bu barədə danışarkən belə qərar verirlər ki, bu çizimləri kommersiyaya çevirsinlər. Sevgilisinin şəxsi, kiçik rəsmlərini kütlənin də bəyənəcəyindən şübhə etməyən Roberto 1970-ci ilin yanvarında “Los Angeles Times” qəzetində ilk illüstrasiyanı təqdim edir. Fikir bəyənilir və bütün dünyada məşhurlaşır. “Sevgi odur ki...” sözləri ilə başlayan komikslər köynəklərin, təqvimlərin, açıqcaların, hətta qab-qacağın üzərini bəzəyir və saqqızların yazısı olaraq gündəmə gəlir.
Ətraflı Gülnar Muradovanın araşdırmasında:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ