Onlayn ictimai-siyasi qəzet
UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında (https://www.facebook.com/rectoradalat) elmin maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildirib.
Bu barədə Musavat.com-a UNEC-dən məlumat verilib.
“Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur. Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır. Başqa sözlə, "əyrini daha təkmil əyriyə çevirmək" üçün maliyyə vəsaiti ayırmağa dəyməz!” - o deyib.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ