İnsanlara hürriyət, millətlərə istiqlal!

“Regnum”a yeni baş redaktor təyin olunub

Rusiyanın ermənipərəst “Regnum” xəbər agentliyinə yeni baş redaktor təyin olunub.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, Rusiyanın tanınmış jurnalisti və hüquq müdafiəçisi Marina Əhmədova “Regnum” xəbər agentliyinin baş redaktoru təyin edilib.

Əhmədova Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvüdür. Əvvəllər o, “Russian reportyor” jurnalının baş redaktor müavini, “Ekspert” jurnalının köşə yazarı olub.

Qeyd edək ki, “Regnum” xəbər agentliyi baş redaktoru Modest Kolerovun işdən çıxarıldığı məlum olduqdan sonra şirkətdə rəhbərlik dəyişikliyi ilə əlaqədar noyabrın 2-də yayımını dayandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR