İnsanlara hürriyət, millətlərə istiqlal!

Redaktorların Naxçıvan POLEMİKASI – Tural Səfərovla Əli Vəliyev “Canlı debat”da

Ötən gün bir sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

Məhərrəm Talıbov "manset.az"-a açıqlamasında saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib. "Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz."

"Bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Allah cənab Prezidentimizi qorusun!", - M.Talıbov fikrini yekunlaşdırıb.

Bəs Naxçıvanda nələr baş verir? Bu günlərdə Naxçıvan cəbhəsindən nələr gözlənilir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də “Canlı debat”da manset.az saytının baş redaktoru Əli Vəliyevlə TNS.AZ saytının baş redaktoru Tural Səfərovla debatda müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR