İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev prezidentliyə namizəd oldu

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.

Qeyd edək ki, daha əvvəl Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasından (BAP) partiya sədri Elşad Musayevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR