İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Ocaqovun nəvəsi: "O vaxt özümü vacib aktrisa hesab edirdim"

"Çox xoşbəxtəm ki, babamın yubileyi onun doğma şəhəri Şəkidə keçirilir. Mən həmişə Şəki şəhərinə gələndə çox xoş hisslər keçirirəm. Uşaqlığım demək olar Şəkidə keçib. Babamla tez-tez kinematoqrafçıların istirahət evində dincəlirdik. Mən o illəri yaxşı xatırlayıram. Burada babamla çox xoşbəxt günlər keçirmişik".

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun nəvəsi Nərminə Həsənova kinorejissorun anadan olmasının 90 illiyi münasibətilə Şəkidə keçirilən yubiley tədbirində deyib.

Babasından əbədi olaraq qalan ən unudulmaz yadigarın “Həm ziyarət, həm ticarət” filmində çəkilməyinin olduğunu vurğulayan N.Həsənova deyib: “Filmə çəkiləndə cəmi 9 yaşım var idi. Özümü çox vacib aktrisa hesab edirdim. Mən çox istərdim ki, bugünkü yubiley tədbirində babamın həmkarları, dostları, həm də təbii ki, ailə üzvləri tərəfindən danışılan və paylaşılan bütün xatirələr hər bir vətəndaşın yaddaşında babamı əbədi yaşatsın. Çünki vaxtilə o, bizi onunla qürur duymağa sövq etmişdi. Çalışıram ki, Şəki şəhərinə tez-tez gəlim, uşaqlarımı da buraya gətirim, onlara Şəkini sevdirim. Necə ki, vaxtilə babam məni Şəki şəhərinə gətirir, gəzdirirdi. Çox istərdim ki, mənim kimi, uşaqlarım da Şəkini sevsinlər və tanısınlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR