İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırovun qızı Çeçenistanın baş nazirinin müavini oldu

Çeçenistan lideri Ramzan Kadırovun 25 yaşlı qızı Ayşat Kadırova baş nazirin müavini təyin olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ramzan Kadırov bu təyinat barədə özünün Telegram kanalında yazıb.

Ayşat Kadırova indiyədək Çeçenistanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Bu ilin sentyabrında isə Putin onu II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə ordeni” ilə təltif edib.

Xanım Kadırova həmçinin “Firdavs” İslam moda evinin və alt paltarı mağazalarının sahibidir.

Qeyd edək ki, bu il fevralın 2-də Kadırovun 26 yaşlı qardaşı oğlu Həmzət Kadırov Çeçenistanın Torpaq və Mülkiyyət Münasibətləri Naziri olub.

“Mən kimə güvənirəmsə, onu təyin edirəm”, – Kadırov həmin təyinatı belə şərh edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR