İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov Kseniya Sobçaka zəng vuraraq xəbərdarlıq edib

Jurnalist Kseniya Sobçak bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov, oğlu Adəmin istintaq təcridxanasında Quranı yandıran Nikita Juraveli döydüyünü əks etdirən videoya münasibət bildirdikdən sonra ona görüntülü zəng edib.

Musavat.com xəbər verir ki, o, Telegram kanalların birində Kadırovla söhbətindən sitat gətirib və telefonundan videozəngin skrinşotunu dərc edib.

Sobçak yazıb ki, Çeçenistan rəhbəri ondan oğluna niyə “toxunduğunu” soruşub. Jurnalist Kadırovun özünün Adəmlə bağlı videonu yaydığını və onunla fəxr etdiyini yazdığını ona xatırladıb.

Kadırov cavabında oğlunu bu hadisəyə görə cəzalandırmadığını deyib və onun özünü əsl kişi kimi apardığını əlavə edib.

O, istintaq təcridxanasında baş verənlərin təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, onlar birlikdə Juravelin yanına gəliblər, lakin o, "qanunpərəst vətəndaş" olaraq ona "heç nə etməyib".

“Ancaq sonra mən ofisdən çıxdım və Adəm orada qaldı, mən bunun fərqinə varmadım. O, ağlı başında oğlandır. Sonra qışqırıqları eşidib onları ayırmaq üçün mühafizəçimi göndərdim. Adəm müstəqildir və temperamentlidir”, - deyə Kadırov Sobçaka bildirib.

Bundan əlavə, Kadırov ona deyib ki, əgər məhkəmə Adəmin günahkar olduğuna qərar verərsə, o zaman o, qanuna uyğun olaraq cəzalandırılacaq.

“Onun haqqında hər şeyi yaza bilərsən, amma ailəsi haqqında yaza bilməzsən, bu xəbərdarlıqdır”, – deyə Kadırov jurnalistin nəzərinə çatdırıb. Çeçenistan rəhbəri ona söhbəti və ekran görüntüsünü dərc etməyə icazə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR