Onlayn ictimai-siyasi qəzet
Asiya Futbol Konfederasiyası “Buriram Yunayted”də çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevə ağır cəza verib.
“Qafqazinfo” xəbər verir ki, yığmamızın forvardı Asiya Çempionlar Liqasında Çinin “Zhejiang” klubu ilə matçda etdiyi davaya görə 8 oyunluq cəza alıb.
Xatırladaq ki, Çin klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev rəqib komandanın bir çox futbolçusunun fiziki hücumuna məruz qalıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ