İnsanlara hürriyət, millətlərə istiqlal!

Radio yayımçılarına subsidiyalar veriləcək

Rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

Məlumata əsasən, bununla bağlı "Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Hesabatda qeyd olunub ki, layihənin son versiyası tam hazır olduqdan sonra hökumətə göndərilməsi nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR