İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardiola uduzduqları matçdan danışdı: "Təslim olmağımı gözləyirlər"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Sportinq"ə 4:1 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib.

Milli.Az xəbər verir ki, Pep Guardiola: "1:4 hesabı ilə məğlub olanda çox danışa bilməzsiniz. İnsanlar təslim olmağımı gözləyə bilər, amma mən heç vaxt təslim olmuram. 1:4 hesabı ilə uduzduqdan sonra Braziliya üçün bir seçim olduğumu düşünmürəm. Komandamı yüksəltmək və onları yenidən yüksək səviyyəyə qaldırmaq üçün hər zamankindən daha çox istəyirəm".

Qvardiola uduzduqları matçı belə dəyərləndirib: "İlk hissədə çox yaxşı oynadıq, çoxlu qol vəziyyətimiz oldu. Emosional reaksiya verə bilmədik. 2-1-dən sonra fərqli oynamalıydıq. 3-cü və 4-cü qollardan sonra isə artıq reaksiya verə bilmərik" .

Qeyd edək ki, "Manchester City" 2016-cı ilin oktyabrından bəri ilk dəfə Çempionlar Liqasında 4 qol buraxıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR