İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreşdən bu ölkələrə XƏBƏRDARLIQ: “2040-cı ilə qədər bu edilməlidir”

“Bəşəriyyət cəhənnəmin qapılarını açıb”.

Musavat.com bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İqlim Ambisiya Sammitində çıxışı zamanı deyib.

O, səbəb kimi iqlim böhranı göstərib. Qurum rəsmisinin sözlərinə görə, müşahidə edilən istiləşmə, daşqınlar və meşə yanğınlarının qaynağı da məhz budur.

“Zəngin ölkələr 2040-cı ilə qədər tullantıları xalis sıfıra endirməlidirlər. BMT-nin son təhlilindən də göründüyü kimi, bu vəzifəni hamı yerinə yetirmir. Məhz bu səbəbdən “cəhənnəmin qapıları açılıb”, istiləşmə, sel və meşə yanğınları baş verir. Yoxsul ölkələrin bir çoxu iqlim böhranından əziyyət çəkir və onların buna görə qəzəblənməyə haqqı var”.

Quterreş fikirlərini bu cür davam etdirib:

“Bəşəriyyətin gələcəyi bizim əlimizdədir. Biz tempi sürətləndirməli, planları işə salmalı və axını dəyişdirməliyik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR