Onlayn ictimai-siyasi qəzet
"Qanunvericilikdə bir-birinə uyğun olmayan tələblər vardır. Fikrimcə, artıq bu kimi halları və bundan dolayı yaranan anlaşılmazlıqları aradan qaldırmaq lazımdır. Misal üçün, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” haqqında 142 nömrəli qərarında göstərilən tələblər ilə AQTA 19 nömrəli kollegiya qərarında və ГОСТ 31962-2013 standartında göstərilən tələblər arasında fərqlər vardır".
Bunu Musavat.com-a qida üzrə mütəxəssis Yusif Həkim bildirib. O fikirlərini belə izah edib:"NK-nin qərarında belə qeyd olunur, tez korlanan yüklərin daşınması, dondurulmuş vəziyyətdə quş ətinin daşınması zamanı cəmdəyin daxilində temperatur -6°C-dən -8°C-yə qədər olmalı və yeşiklərə qablaşdırılmalıdır.
Eyni zamanda, soyudulmuş halda quş əti (cəmdəyinin daxilində temperaturu 0-dan +4 °C-yə qədər) kif və seliklənmə əlamətləri olmayan quru səthə malik olmalı, havanın sərbəst dövr etməsini təmin edən yeşiklərə qablaşdırılmalıdır.
AQTA kollegiya qərarında isə belə qeyd olunub -soyuducularda ət və ət məhsulları +4C dərəcədə, sub məhsullar +3C dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18C ÷ -12C dərəcədə saxlanılmalıdır.
ГОСТ 31962-2013 standartında isə belə qeyd olunub: Soyudulmuş toyuq əti və hissələri -2C dərəcədən +2C dərəcəyə kimi saxlanılmalıdır.
Dondurulmuş toyuq əti və hissələri isə -12 C dərəcədən -25 C dərəcəyə kimi saxlanılmalıdır.
Göründüyü kimi hər bir normativ hüquqi akta görə məhsulların saxlanılma şəraiti (tələb edilən temperatur) fərqlidir".
Afaq,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ