İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov necə demişdi... Odessadan "Qarabağ"a yazılan yazı...

Bu gün Azərbaycanın qürur yeri, Ağdamın Qarabağ komandası UEFA Avropa liqası 1/8 final mərhələsində hal-hazırda Avropanın ən güclü. komandası Leverkusen "Bayer"ilə "Bay Arena"da yenə qarşılaşacaq.

Bu Avropa mövsümündə alman komandası ilə sayca 4-cü, rəqib meydanda ikinci oyunumuzdur.

Almaniyada oynanan ilk qrup matçının ilk 30 dəqiqəsində oyun və hesab 1-1 idi. Son nəticə 5-1 məğlubiyyətlə üzləşdik. Çoxları Bakıda eyni nəticənin olacağını proqnozlaşdırsa da, "köhlən at"lar doğma divarlar arasında oynanan cavab qrup matçında yalnız 90+4 dəqiqədə və penaltidən vurulan qol sayəsində heç-heçəni əldən verdilər.

7 mart günü oynanan 1/8 final ilk matçında isə birinci yarı 2-0 öndə olsaq da, 2 kobud səhv sayəsində bu dəfə qələbə əldən getdi və 2-2 (4)

Bayer 04"-"Qarabağ" oyunu heç-heçə bitdi -

Numerologiya ilə ciddi maraqlanmasam da, bəzən ilgimi çəkir. Elə Bakıdakı matç öncəsi jurnalist həmkarımız da Qurban Qurbanova sual verərkən "atalar üçdən deyib" söyləmişdi...Yəni qələbənin vaxtıdır...

Təcrübəli məşqçinin cavabı isə daha orijinal oldu:

"Atalar nə deyibsə düz deyib. Amma üçdən sonra 4 gəlir".

Bu gün 4-cü matçdır. İkincidə bərabərlik, üçüncüdə qələbə əlimizdən çıxıb.

Eyni zamanda biz bu "Bayer"in qapısına 1 dəfə onların meydanında, 2 dəfə isə Bakıda yol tapa bilmişik...Qurban Qurbanov yəqin bunu da proqnozlaşdırıbmış.

Qurban Qurbanov "Bayer 04"le oyundan danisdi - "Qələbəyə az qalmışdı"

3-dən sonra 4 var...Yəni o qapıya yenə ən azı 4-cü qolu vura bilərik. Yəni ürək var, ruh var, nəfəs də çatsa, elə qalib də gələ bilərik.

Öncə heç-heçəni son saniyələrdə əldən verdik, ardınca qələbəni... 90+4-lərdə...

Qələbə bizim arzumuz və haqqımızdır artıq. Bakıdakı oyun öncəsi qeyd etmişdim. Rəqib çox güclüdür, amma futbolda möcüzələr olur. Bizim bura qədər gəlişimiz belə möcüzədir. Avropanın ikinci nüfuzlu klub futbol turnirində 16 ən güclü komanda sırasına qədər gəlib çıxa bilmişik. 55 ölkədən 58 komanda başlamışdı turnirə.

Yeri gəlmişkən bu axşamkı matç dünyanın 55 ölkəsində canlı yayımlanacaq. Bu marağın önəmli hissəsi Qurban Qurbanovun və "Qarabağ"ın mövcud Azərbaycan futbolu reallığında əldə etdiyi möhtəşəm uğurla bağlıdır...

Və bütün ekranlarda yazılacaq...

"Bayer"(Leverkusen, Almaniya) - "Qarabağ"(Ağdam, Azərbaycan)

Bu təkcə Azərbaycan futbolu deyil, bu Azərbaycan xalqının milli döyüş və dönüş ruhunun tarixidir...

Bu böyük tarixdir.

Yuxu kimi bir gün. Eynən Xankəndidə oynanan Azərbaycan kuboku final matçı kimi...

Qarabağ, Ağdam Azərbaycandır. Tək futbol komandası kimi deyil. Bu gerçəyi bu axşam 55 ölkədən milyonlarla futbolsevər izləyəcək.

Eləcə də qarabağlılara, azərbaycanlılara 30 il yurd həsrəti, bu zülmü yaşadanlar da...Dost sevinəcək, düşmən içini yeyəcək...

İki gün öncə milli bayramımız Novruzun üçüncü tonqalı da qalandı.

4-cü, ən əsas, axır çərşənbə tonqalı qaldı ki, Novruz Azərbaycan dövləti, ordusu və xalqı sayəsində Qarabağla bütünləşən vətənimizə qədəm qoysun...Bu axşam isə dünyanın hər yerindən milyonlarla azərbaycanlı bir daha "Qarabağ"la bütünləşəcək....

Qurban Qurbanov necə demişdi?

Üçdən sonra 4 gəlir. Təkrar biliyin anasıdır...

..."Bayer"lə 4-cü oyunumuza çıxırıq. Buna qədər rəqibin qapısına 3 oyunda 3 qol vurmuşuq.

4-cü oyunda ən azı 4-cü qolu gözləyirik əziz "Qarabağ"ın, Azərbaycanın "köhlən at"ları. Ən azı Avropanın mərkəzində yenə ürəklə çapın...

İstənilən nəticədə siz bizim könlümüzün qalibisiz, sizə Qurban, qaqa!

369692891_10227434720388510_4378680787061973086_n.jpg (69 KB)

Anar Natiqoğlu, Odessa, Ukrayna

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR