İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlamına gəlmir

Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan )qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib:

"Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. "Ludoqorets"in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasıdnakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR