İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bayramı ərəfəsində Bakıda quzu ətinin qiyməti artdı

Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapdı. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır.

Yenisabah.az-ın əməkdaşı bu gün bir neçə qəssabla danışıb. Qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildiriblər:

"Son bir həftədə aldığımız hər xırda baş heyvan üçün 20-25 manat əlavə vəsait ödəyirik".

Qəssab Adil Quliyev Qurban bayramında quzu ətinin bir kiloqramının ən azı 21 manat olacağını deyib. Onun sözlərinə görə, bahalaşma bayramdan sonra da davam edəcək: "Payızda quzu ətinin bir kiloqramı 25 manat olacaq".

Qəssab qiymət artımını fermerlərlə əlaqələndirib. Bildirib ki, əvvəlki dövrlə müqayisədə indi diri heyvanı baha qiymətə alırlar. O, quzu ətinin bahalaşmasını rayonlarda xırda baş heyvan saxlayanların sayının azalması ilə izah edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR