Onlayn ictimai-siyasi qəzet
Qüds şəhərinin girişində baş verən iki partlayış nəticəsində bir nəfər ölüb, azı 14 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, İsrailin Kan radiostansiyası partlayış zamanı yaralanlardan birinin öldüyünü bildirib.
Birinci partlayış yerli vaxtla səhər saat 07:00 radələrində Givat-Şaul kəsişməsindəki avtobus dayanacağında olub. İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində 11 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Yarım saat sonra Ramot kəsişməsində törədilən daha bir partlayış nəticədə isə üç nəfər yüngül yaralanıb.
Hazırda polis qüvvələri partlayışın baş verdiyi ərazidə kombinə edilmiş terror aktı versiyası üzrə təhqiqat aparılır. Şübhəli şəxslərin axtarışı davam edir.
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ