İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernatordan Kim Çen Ina maraqlı HƏDİYYƏ - FOTO

Rusiyanın Primorsk diyarının qubernatoru ölkədə rəsmi səfərdə olan Şimali Koreya lideri Kim Çen Ina gülləkeçirməz jilet və yerli istehsal olan dron dəsti hədiyyə edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, KXDR liderinə həmçinin “Qeran-25” kəşfiyyat aparatı təqdim edilib.

Bundan əlavə, Kim Çen Ina termal kameralardan gizlənməyə imkan verən xüsusi geyim dəsti də hədiyyə edilib.

Xatırladaq ki, KXDR lideri prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Sentyabrın 13-də Putin və Kim Çen In Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda danışıqlar aparıb.

Sentyabrın 16-da Kim Çen In Primorska gəlib, burada Kneviçi hərbi aerodromunda Rusiya təyyarələrinə baxış keçirib, həmçinin Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatına baş çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR