İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan və Mirzoyan parlamentə çağırıldı

Sabah günün ikinci yarısında parlament müxalifətinin təşəbbüsü ilə Milli Məclisdə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda təcili iclas keçiriləcək.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, “Ermənistan” və “Mənim şərəfim” fraksiyaları müzakirəyə baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət ediblər. “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan “Ermənistan xəbərləri”nə müsahibəsində bildirib ki, hər iki məmur parlamentə gələcək.

Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir. Minasyanın sözlərinə görə, bu məsələ sabah səsvermə yolu ilə həll olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR