Onlayn ictimai-siyasi qəzet
ABŞ-da vəzifəyə başlayan insanların müəyyən məhdudiyyətləri var və biz onlar vəzifəyə başlayanda həmkarlarımızla telefon danışıqları təşkil etmək istəyimizi bildirdik.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Lakin söhbət təkcə telefon danışığından deyil, həm də ümumilikdə ABŞ-ın yeni prezident administrasiyası ilə işləməkdən gedir.
Paşinyan komandası ABŞ-ın yeni prezidentinin komandası ilə əməkdaşlıq etmək niyyətindədir.
Prezident seçkilərindən sonra biz münasibətləri yaxşılaşdırmağa çalışdıq, lakin ABŞ qanunvericiliyindəki məhdudiyyətləri də nəzərə aldıq “Xüsusilə də Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasından sonra bu münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək imkanı var”, - deyə Qriqoryan qeyd edib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ