Onlayn ictimai-siyasi qəzet
İstanbulda bir nəfər özünü hərəkətdə olan qatarın altına ataraq intihar edib.
Musavat.com xəbər verir ki, hadisə ilə əlaqədar Marmaray xətti 1 saata yaxın dayandırılıb.
Hadisə dünən axşam saat 21:30 radələrində baş verib.
İddialara görə, bir nəfər naməlum səbəbdən qəfil özünü relslərin üzərinə atıb. Həmin vaxt qatarın altında qalan şəxs faciəvi şəkildə dünyasını dəyişib. Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım göndərilib. Ekspertizadan sonra meyit morqa aparılıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ