Onlayn ictimai-siyasi qəzet
İranın cənubundakı Buşehr ostanında 4,6 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakı vaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ