İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal istiləşmənin fəsadı - Yakutiyada əbədi donuşluq krateri sürətlə əriyir

Qlobal istiləşmə səbəbindən dünyanın ən böyük əbədi donma krateri olan Bataqay çökəkliyi sürətlə əriməyə başlayıb.

Musavat.com Rambler.ru-ya istinadla xəbər verir ki, uzunluğu 1 kilometr və dərinliyi 100 metrə qədər olan Bataqay çökəkliyi Yakutiyanın Verxoyansk rayonunda Çerski silsiləsi ərazisindəki termokarst çökəkliyidir. Yerli sakinlər onu “yeraltı dünyaya giriş” adlandırırlar. Rusiya Elmlər Akademiyasının Puşşin elmi mərkəzinin Torpaqşünaslığın fiziki-kimyəvi və bioloji problemləri İnstitutunda bildiriblər ki, krater “yarım milyon ildən artıq donma dövründə Yerin tarixini" nümayiş etdirən unikal təbii obyektdir.

Ekspertlər hesab edirlər ki, ərimə prosesində çökəklik genişlənəcək və qayalara çatacaq. Zaman keçdikcə bu ərazidə yenidən meşəlik olacaq. Lakin təhlükə ondan ibarətdir ki, torpaqda bu cür güclü meşə salınması təqdirində atmosferə külli miqdarda torpaqda olan istixana qazları buraxılacaq, bu da iqlim dəyişməsinə daha çox təsir göstərəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR